Mobil tətbiqlər (iOS və Android)
Tələblərin toplanmasından App Store və Google Play-də buraxılışa qədər. Kotlin, Swift və Flutter ilə doğma və ya kross-platforma tətbiqlər; oflayn sinxronizasiya, push bildirişlər, biometrik autentifikasiya və mağaza yeniləmələrinin idarə olunması.
KotlinSwiftFlutter
Veb tətbiqlər və portallar
React, Next.js və ASP.NET Core üzərində portallar, admin panelləri və B2B sistemlər. Verilənlər bazasının dizaynı və sorğuların optimallaşdırılması, rol əsaslı giriş, ixrac və hesabat ekranları eyni işin hissəsidir.
ReactNext.jsASP.NET Core
Desktop proqram təminatı
C#, WPF və .NET MAUI ilə iş yeri proqramları. Printer, skaner, tərəzi və laboratoriya cihazları ilə inteqrasiya, oflayn rejim, mərkəzi verilənlər bazası ilə sinxronizasiya və avtomatik yenilənən quraşdırıcılar.
C#WPF.NET MAUI
API və sistem inteqrasiyası
REST və gRPC servisləri, məlumat miqrasiyası, verilənlər bazası sxemlərinin uzlaşdırılması və planlı sinxronizasiya. Nəticədə əl ilə fayl mübadiləsi yerinə vahid API qatı və idarəçilik üçün birləşdirilmiş hesabatlar qalır.
RESTgRPCMS SQL Server
UI/UX dizayn
Figma-da istifadəçi axınları, wireframe və interaktiv prototiplər, ardından dizayn sistemi və komponent kitabxanası. Mobil, veb və desktop üçün eyni vizual dil, əlçatanlıq tələbləri nəzərə alınmaqla hazırlanır.
FigmaStorybookWCAG
QA və test avtomatlaşdırma
Test ssenarilərinin hazırlanması, Playwright ilə uçdan-uca, xUnit ilə vahid testlər və CI boru kəmərində avtomatik icra. Reqress, yük və qəbul testləri, aşkarlanan nöqsanların izlənməsi və hesabatı.
PlaywrightxUnitCI/CD
Bulud və DevOps
Docker və Kubernetes ilə paketləmə, Azure və ya yerli serverlərdə yerləşdirmə, CI/CD boru kəmərləri, ehtiyat nüsxə və bərpa ssenariləri, log və metrikaların mərkəzləşdirilmiş monitorinqi.
DockerKubernetesAzure
ATM və POS terminal sistemləri
ATM, POS və özünəxidmət kioskları üçün tətbiq proqramı: EMV və POS API inteqrasiyası, çek çapı və nağd modulları, məsafədən yenilənmə, mərkəzi monitorinq paneli və hesablaşmaların uzlaşdırılması.
EMVPOS APIC#
Dəstək və texniki xidmət
Mövcud sistemin təhvil alınması, monitorinq və xəbərdarlıqların qurulması, təhlükəsizlik yeniləmələri, nöqsanların aradan qaldırılması və kiçik təkmilləşdirmələr — SLA əsaslı aylıq müqavilə çərçivəsində.
GrafanaApplication InsightsCI/CD